Kanadada qocalar evində güclü yanğın baş verib

Kanadada qocalar evində güclü yanğın baş verib 15 nəfər yanıq xəsarətləri alıb
Hadisə
7 Fevral , 2016 03:10
Kanadada qocalar evində güclü yanğın baş verib

Bakı. 7 fevral. REPORT.AZ/ Kanadanın Toronto şəhərindəki qocalar evində baş verən güclü yanğın nəticəsində üç nəfər həlak olub. Daha 15 nəfər yanıq xəsarətləri alıb.

"Report" RİA "Novosti" agentliyinə agentliyinə istinadla xəbər verir ki, bu barədə yerli polis idarəsi məlumat yayıb. Xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib. Həlak olanların sayının artacağı istisna edilmir. Belə ki, həkimlər yanğında zərər çəkənlərdən dördünün vəziyyətinin ağır olduğunu bildiriblər.

Son xəbərlər

Orphus sistemi