Bakı. 6 noyabr. REPORT.AZ/ Tofiq Bəhramov adına Respublika stadionunda bədbəxt hadisə baş verib.
"Report"un məlumatına görə, stadionun 11 saylı darvazasının azarkeşlərin üstünə aşması nəticəsində 1 nəfər xəsarət alıb.
1995-ci il təvəllüdlü Samir Mirzəyev təcili olaraq 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, bu gün UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycanın "Qarabağ" klubu Respublika stadionunda Ukraynanın "Dnepr" kollektivini qəbul edir.