Tikinti şirkətinin əməkdaşları 420 min manatlıq dələduzluqda ittiham olunur

Tikinti şirkətinin əməkdaşları 420 min manatlıq dələduzluqda ittiham olunur Faktla bağlı araşdırma aparılır
Hadisə
3 Oktyabr , 2016 17:02
Tikinti şirkətinin əməkdaşları 420 min manatlıq dələduzluqda ittiham olunur

Bakı. 3 oktyabr. REPORT.AZ/ Bakıda külli miqdarda dələduzluq hadisəsi qeydə alınıb.

“Report”un xəbərinə görə, “Şəlalə” MTK-nın keçmiş sədri Sabir İsgəndərov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, MTK-nın işçiləri Fərhad, Nizami və Rafiq adlı şəxslər 420 min manat pul mənimsəyiblər.

O müraciətində yazıb ki, qeyd olunan şəxslər vergi ödəmələrindən yayınmaq üçün saxta hesabat və sənədlər tərtib ediblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi