Tikinti şirkətindən oğurluq edilib

Tikinti şirkətindən oğurluq edilib Qapını sındırmaq yolu ilə 3000 manat dəyərində inşaat materialları oğurlayan Gəncə sakini Rəfayel Məmmədov tutulub
Hadisə
6 Avqust , 2015 13:33
Tikinti şirkətindən oğurluq edilib

Bakı. 6 avqust. REPORT.AZ/ Gəncədə tikinti şirkətlərinin birindən oğurluq edilib. "Report" bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir.

Məlumata görə, avqustun 4-də Gəncə şəhərində şəhər sakini Namiq Süleymanova məxsus "Universal NAA" MMC-dən qapını sındırmaq yolu ilə 3000 manat dəyərində inşaat materialları oğurlayan şəhər sakini Rəfayel Məmmədov tutulub.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi