Tikinti şirkəti ​Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunu məhkəməyə verib

Tikinti şirkəti ​Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunu məhkəməyə verib Şirkət sertifikat verilməsini tələb edir
Hadisə
11 Sentyabr , 2015 09:51
Tikinti şirkəti ​Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunu məhkəməyə verib

Bakı. 11 sentyabr. REPORT.AZ/ "MM.ORBİTA-LTD" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC)  Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunu məhkəməyə verib.

"Report"un xəbərinə görə, MMC institutdan sertifikat verilməsini tələb edir.

İşə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, "MM.ORBİTA-LTD" MMC yaşayış binalarının tikintisi və inşaat sektorunun tikinti materiallarına olan tələbatını təmin edən şirkətdir. 

Son xəbərlər

Orphus sistemi