“Təzəpir” məscidində namaz qılan şəxsin pul kisəsi və telefonu oğurlanıb

“Təzəpir” məscidində namaz qılan şəxsin pul kisəsi və telefonu oğurlanıb Faktla bağlı araşdırma aparılır
Hadisə
25 Yanvar , 2016 11:14
“Təzəpir” məscidində namaz qılan şəxsin pul kisəsi və telefonu oğurlanıb

Bakı. 25 yanvar. REPORT.AZ/ “Təzəpir” məscidində namaz qılan şəxsin pul kisəsi və telefonu oğurlanıb.

“Report”un xəbərinə görə, Bakı sakini Rəşad Məhərrəmov “Təzəpir” məscidində namaz qılarkən gödəkçəsini xalçanın üzərinə qoyub.

Naməlum şəxs onun gödəkçəsinin cibindən 30 manat, mobil telefon və kredit kartları olan pul kisəsini oğurlayıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin (RPİ) 26-cı Polis Bölməsində (PB) araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi