Tərtərin icra başçısı: "Cəbhəboyu kəndlərdə dağılan evlərin təmiri iyunun sonunda başa çatacaq"

Tərtərin icra başçısı: "Cəbhəboyu kəndlərdə dağılan evlərin təmiri iyunun sonunda başa çatacaq" Ziyan dəyən evlərdə təmir-bərpa işlərinə başlanıb
Hadisə
28 May , 2016 14:38
Tərtərin icra başçısı: Cəbhəboyu kəndlərdə dağılan evlərin təmiri iyunun sonunda başa çatacaq

Tərtər. 28 may. REPORT.AZ/ "Bu ilin aprel ayında ermənilərin təxribatları zaman Tərtərin cəbhəboyu yaşayış məntəqələrində ziyan dəymiş evlərdən yeddisi tam təmir olunub". Bunu “Report”un Qarabağ bürosunun müxbirinə Tərtər Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Müstəqim Məmmədov deyib.

İcra başçısı bildirib ki, ziyan dəyən digər evlərdə də təmir-bərpa işləri aparılır: “Aprel hadisələri zamanı Tərtər rayonunda 256 evə ziyan dəyib. Həmin evlərdən 27-də tamamilə dağıldığı üçün yaşamaq mümkün deyil. İlkin olaraq təmir yaşayışın mümkün olmadığı evlərdə başlanıb və həmin evlərdən 7-si artıq tam təmir olunub, yaşayış üçün hazır vəziyyətə gətirilib. İyun ayının sonuna qədər bütün ziyan dəyən evlər bərpa olunacaq. Bunun üçün bütün tikinti materialları rayona gətirilib və təmir-bərpa işlərinə başlanıb”.

Son xəbərlər

Orphus sistemi