​Tərtərdə partlamamış top mərmisi aşkar edilib

​Tərtərdə partlamamış top mərmisi aşkar edilib Nəticə etibarilə 14 000 kv.m ərazi yoxlanılıb
Hadisə
31 İyul , 2016 22:32
​Tərtərdə partlamamış top mərmisi aşkar edilib

Bakı. 31 iyul. REPORT.AZ/ Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Ağcabədi və Tərtər rayonlarında aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat yayıb.

"Report" xəbər verir ki, hesabata əsasən, 31 iyul tarixində 1 otlaq və 2 əkin sahəsində 7 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (122 mm-lik top mərmisi) aşkar olunaraq götürülüb, nəticə etibarilə 14 000 kv.m ərazi yoxlanılıb.

Ağcabədi rayonu

Yuxarı Qiyaməddinli kəndi – 2 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilmiş, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb, nəticə etibarilə 6 000 kv.m ərazi yoxlanılıb.

Cəmi: 2 əkin sahəsi, 3 partlayış yeri, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülmüş, nəticə etibarilə 6 000 kv.m ərazi təmizlənib.

Tərtər rayonu

Şıxarx kəndi – 1 otlaq sahəsində 4 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (122 mm-lik top mərmisi) aşkar edilərək götürülüb, nəticə etibarilə 8 000 kv.m ərazi yoxlanılıb.

Cəmi :1 otlaq sahəsində, 4 partlayış yeri, 1 ədəd partlamamış hərbi sursat (122 mm-lik top mərmisi) aşkar olunaraq götürülüb, nəticə etibarilə 8 000 kv.m ərazi yoxlanılıb.

Son xəbərlər

Orphus sistemi