​Tərtərdə partlamamış hərbi sursatlar aşkar olunub

​Tərtərdə partlamamış hərbi sursatlar aşkar olunub Nəticə etibarı ilə 6 000 kv. m ərazi yoxlanılıb
Hadisə
23 İyul , 2016 22:07
​Tərtərdə partlamamış hərbi sursatlar aşkar olunub

Bakı. 23 iyul. REPORT.AZ/ Tərtər rayonunda partlamamış hərbi sursatlar (PHS) aşkarlanıb.

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) “Report”a verilən məlumata görə, rayonun Şıxarx kəndində 1 çınqıl karxanasında 3 partlayış yerinə baxış keçirilib, 2 ədəd partlamış hərbi sursatın (9M22U raketi - Qrad) qalıqları aşkar edilərək götürülüb.

Məlumata görə, nəticə etibarı ilə 6 000 kv. m ərazi yoxlanılıb.

Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Son xəbərlər

Orphus sistemi