Tərtərdə minik avtomobili boruya çırpılaraq yanıb

Tərtərdə minik avtomobili boruya çırpılaraq yanıb Hadisə Qapanlı kəndində baş verib
Hadisə
18 Fevral , 2015 04:05
Tərtərdə minik avtomobili boruya çırpılaraq yanıb

Bakı. 18 fevral. REPORT.AZ/ Tərtər rayonunda vətəndaşa məxsus "MERCEDES" markalı minik avtomobili yol kənarından keçən boruya çırpılıb. Nəticədə yanğınla nəticələnən nəqliyyat hadisəsi baş verib.

“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, hadisə rayon mərkəzindən 17 km aralı yerləşən Qapanlı kəndində baş verib.

Avtomobilinin mühərrik hissəsi və yaxınlıqda olan çəpər yanıb.

Son xəbərlər

Orphus sistemi