​Tərtərdə inzibati binada yanğın olub

​Tərtərdə inzibati binada yanğın olub Nəticədə yeməkxana yanıb
Hadisə
21 İyul , 2016 08:02
​Tərtərdə inzibati binada yanğın olub

Bakı. 21 iyul. REPORT.AZ/ Ötən gün axşam saatlarında Tərtər rayonunun Qaraağacı kəndində inzibati binada yanğın olub.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində ümumi sahəsi 300 m2 olan yemekxananın mətbəxinin yanar konstruksiyaları 15 m2 sahədə yanıb.

Yeməkxananın qalan hissəsi və digər tikililər yanğından mühafizə olunub. Yanğın saat 23:22-də söndürülüb.

Son xəbərlər

Orphus sistemi