Bakı. 31 mart.REPORT.AZ/ Tərtər rayonunun Şıxarx kəndində, Daşarx adlanan ərazidə Partlamamış Hərbi Sursat (PHS) aşkar olunub. Bu barədə "Report"a Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.
Tərtər Rayon İcra Hakimiyyətinin aidiyyəti üzrə müraciətinə əsasən bu gün ANAMA-nın mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilib, aşkar olunan 1 ədəd "OQ-9" tipli idarə olunmayan qəlpə təsirli raketin döyüş başlığı götürülərək Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq partlayış yolu ilə zərərsizləşdirilib və yerli əhalinin təhlükəsizliyi təmin edilib.