Tərtərdə bədbəxt hadisə nəticəsində bir nəfər ölüb

Tərtərdə bədbəxt hadisə nəticəsində bir nəfər ölüb Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb
Hadisə
28 May , 2016 12:45
Tərtərdə bədbəxt hadisə nəticəsində bir nəfər ölüb

Bakı. 28 may. REPORT.AZ/ Tərtərdə bədbəxt hadisə nəticəsində bir nəfər ölüb. "Report" bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir.

Məlumata görə, mayın 27-də Tərtər rayonunun Köçərli kəndində Mansur Kərimli idarə etdiyi “Zoomlion” markalı qaldırıcı kran vasitəsilə beton plitələri Mahir Orucovun idarə etdiyi “Shacman” markalı avtomobilə yükləyərkən beton plitə M.Orucovun üstünə düşüb. O xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi