​Tərtərdə 4 ədəd qrad raketinin hissəsi aşkar edilib

​Tərtərdə 4 ədəd qrad raketinin hissəsi aşkar edilib 1 ədəd 122 mm-lik top mərmisi partlayış yolu ilə məhv edilib
Hadisə
30 May , 2016 01:42
​Tərtərdə 4 ədəd qrad raketinin hissəsi aşkar edilib

Bakı. 30 may. REPORT.AZ/ Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Füzuli, Ağcabədi və Tərtər rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat yayıb.

ANAMA-dan "Report"a verilən məlumata görə, 29 May tarixində 4 ev və həyətyanı sahə, 3 əkin sahəsi, 4 otlaq sahəsi də daxil olmaqla 15 partlayış yerinə baxış keçirilib, 4 ədəd qrad raketinin mühərrik hissəsi aşkar olunaraq götürülüb və gün ərzində 30 478 kv. m ərazi təmizlənib.

Tərtər rayonu

Şıxarx kəndi - 4 ev və həyətyanı sahədə 7 partlayış yerinə baxış keçirilib, 3 ədəd qrad raketinin mühərrik hissəsi aşkar edilərək götürülüb, nəticə etibarı ilə 10 000 kv. m ərazi yoxlanılıb.

Qarağacı kəndi – 28 may tarixində aşkar olunmuş 1 ədəd 122 mm-lik top mərmisi partlayış yolu ilə məhv edilib.

(FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatı)

Cəmilli kəndi - 1 əkin sahəsində 2 partlayış yerinə baxış keçrilib və 1 ədəd qrad raketinin mühərrik hissəsi aşkar edilərək götürülüb, nəticə etibarı ilə 4000 kv. m ərazi yoxlanılıb.

Cəmi:4 ev və həyatyanı sahə, 1 əkin sahəsi , 9 partlayış yerinə baxış keçirilib, 4 ədəd qrad raketinin mühərrik hissəsi aşkar edilərək götürülüb və nəticə etibarilə 14 000 kv. m ərazi təmizlənib.

Ağcabədi rayonu

Hacılar kəndi - 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib, nəticə etibarı ilə 10 000 kv. m ərazi yoxlanılıb.

Qiyaməddinli kəndi -1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib, nəticə etibarı ilə 5 000 kv. m ərazi yoxlanılıb.

Cəmi:2 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, nəticə etibarı ilə 15 000 kv. m ərazi yoxlanılıb.

Füzuli rayonu

Şükürbəyli kəndi – 4 otlaq sahəsində 4 partlayış yerinə baxış keçirilib, nəticə etibarı ilə 1478 kv. m ərazi yoxlanılıb.

Cəmi:4 otlaq sahəsi, 4 partlayış yeri aşkar edilib və nəticə etibarilə 1 478 kv. m ərazi təmizlənib.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel - 29 May 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 540 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 4 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 21 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 468 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Son xəbərlər

Orphus sistemi