Tərtər və Füzulidə top və tank mərmiləri aşkar edilib

Tərtər və Füzulidə top və tank mərmiləri aşkar edilib Gün ərzində 23 080 kv. m ərazi təmizlənib
Hadisə
11 İyun , 2016 23:05
Tərtər və Füzulidə top və tank mərmiləri aşkar edilib

Bakı. 11 iyun. REPORT.AZ/ Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) Füzuli və Tərtər rayonlarında aşkar olunan Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat yayıb.

Agentlikdən "Report"a verilən məlumata görə, iyunun 11-də 1 ev və həyətyanı sahə, 4 əkin sahəsi, 11 partlayış yeri, 4 ədəd partlamamış hərbi sursat (1 ədəd 122 mm-lik OF-56 top mərmisi, 1 ədəd 120 mm-lik minaatan mərmi, 1 ədəd 125 mm-lik tank mərmisi və 1 ədəd 9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar olunaraq götürülüb və gün ərzində 23 080 kv. m ərazi təmizlənib.

Tərtər rayonu

Cəmilli kəndi – 1 əkin sahəsində 5 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülüb, nəticə etibarı ilə 7 500 kv. m ərazi yoxlanılıb.

Şıxarx kəndi – 1 ev və həyətyanı sahə, 1 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (122 mm-lik OF-56 top mərmisi) aşkar edilərək götürülüb, 14 000 kv. m ərazi yoxlanılıb.

Cəmi: 1 ev və həyətyanı sahə, 2 əkin sahəsində 8 partlayış yeri, 2 ədəd partlamamış hərbi sursat (1 ədəd 9M22U raketinin (Qrad) mühərrik hissəsi və 1 ədəd 122 mm-lik OF-56 top mərmisi) aşkar edilib, 21 500 kv. m ərazi yoxlanılıb.

Füzuli rayonu

Qazaxlar kəndi – 2 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, 2 ədəd partlamamış hərbi sursat (1 ədəd 120 mm-lik minaatan mərmi və 1 ədəd 125 mm-lik tank mərmisi) aşkar edilərək götürülüb, nəticə etibarı ilə 1 580 kv. m ərazi yoxlanılıb.

Cəmi: 2 əkin sahəsi, 3 partlayış yeri aşkar edilib, 2 ədəd partlamamış hərbi sursat (1 ədəd 120 mm-lik minaatan mərmi, 1 ədəd 125 mm-lik tank mərmisi) aşkar edilərək götürülüb, nəticə etibarı ilə 1 580 kv. m ərazi təmizlənib.

Son xəbərlər

Orphus sistemi