Tərtərdə silah-sursat aşkar edilib

Tərtərdə silah-sursat aşkar edilib Tərtər Rayon Polis Ṣöbəsinin əməkdaşları tərəfindən silahların tapılaraq yığılması istiqamətində tədbirlər davam etdirilir.
Hadisə
27 Yanvar , 2024 10:07
Tərtərdə silah-sursat aşkar edilib

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silahların aşkar olunaraq yığılması istiqamətində tədbirlər davam etdirilir.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı rayon ərazisindən 2 avtomat, 4 tüfəng, qumbaralar, avtomat daraqları və patronlar aşkar olunaraq götürülüb.

Son xəbərlər

Orphus sistemi