​Tərtərdə ağır yol qəzası baş verib, 2 nəfər yaralanıb

​Tərtərdə ağır yol qəzası baş verib, 2 nəfər yaralanıb Yaralılardan birinin vəziyyəti ağırdır
Hadisə
1 Sentyabr , 2015 23:06
​Tərtərdə ağır yol qəzası baş verib, 2 nəfər yaralanıb

Bakı. 1 sentyabr. REPORT.AZ/ Tərtər rayonunda 2 nəfərin xəsarət alması və 4 iribuynuzlu heyvanın tələf olması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə rayonun Cəmilli kəndi ərazisində qeydə alınıb.

İlham Qənbərovun idarə etdiyi "Qazel" markalı yük avtomobili idarəetməni itirərək aşıb. Qəza zamanı sürücü və avtomobildə olan qadın sərnişin ağır bədən xəsarətləri alıb. Maşının yük yerində olan 4 iribuynuzlu heyvan isə ölüb.

Qəzada xəsarət alan 65 yaşlı Məryəm Aslanovanın vəziyyəti ağır olduğu ücün, o, Bərdə Rayon Mərkəzi Xəstəxansına göndərilib. Həkimlərin sözlərinə görə, Reanimasiya şöbəsində olan yaralının vəziyyəti ağırdır. Sürücünün yüngül bədən xəsarətləri aldığı bildirir.

Faktla bağlı rayon polisində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi