Terrorçuluq barədə yalan məlumat verən şəxsin məhkəməsi başlayıb

Terrorçuluq barədə yalan məlumat verən şəxsin məhkəməsi başlayıb Məhkəmənin baxış iclası mayın 24-nə təyin edilib
Hadisə
18 May , 2016 11:23
Terrorçuluq barədə yalan məlumat verən şəxsin məhkəməsi başlayıb

Bakı. 18 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Şamil Süleymanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası mayın 24-nə təyin edilib.

Qeyd edək ki, ötən il dekabr ayının 30-da saat 18:52-də Fövqəladə Hallar Nazirliyinə (FHN) zəng edilərək yalandan məlumat verilib. Özünü Samir Süleymanov adı ilə təqdim edən şəxs FHN-in "112" xidmətinə zəng edərək Xaçmaz rayonunda yerləşən "Almas" şadlıq sarayında və rayonun istənilən yerində partlayış olacağını bildirib. Dərhal müvafiq əməliyyat tədbirləri həyata keçirilib, lakin məlumat təsdiqini tapmayıb. Zəngin Xaçmaz şəhər sakini, 53 yaşlı Ş.Süleymanov tərəfindən edilməsi müəyyən edilib və rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub. 

Son xəbərlər

Orphus sistemi