"Təmiz Şəhər" paytaxtdan yığılmış tullantılar arasından silah-sursat aşkar edib - FOTO

"Təmiz Şəhər" paytaxtdan yığılmış tullantılar arasından silah-sursat aşkar edib - FOTO ASC-nin əməkdaşları bu gün həmin tapıntıları polisə təhvil verib
Hadisə
26 May , 2016 17:58
Təmiz Şəhər paytaxtdan yığılmış tullantılar arasından silah-sursat aşkar edib - FOTO

Bakı. 26 may. REPORT.AZ/ Bakıda yerləşən Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda iş prosesi zamanı tullantılar arasından müxtəlif silah-sursat hissələri tapılıb.

"Təmiz Şəhər" ASC-nin əməkdaşları bu gün həmin tapıntıları polisə təhvil veriblər.

ASC-dən "Report"a verilən məlumata görə, aşkar olunan təhlükəli əşyalar arasında 1 ədəd DTG-9 qumbaraatan mərmi, 1 ədəd tüstü yayıcı cihaz, 1 ədəd RQD-5 əl qumbarasının korpusu, 1 ədəd pnevmatik tapança və 769 ədəd müxtəlif çaplı patron olub.

Qeyd edək ki, paytaxtdan yığılan məişət tullantıları hər gün çeşidlənmə zavoduna təhvil verilir. Burada həmin tullantılar tərkibindəki təkrar emala yararlı materialların ayrılması üçün çeşidlənir və yenidən emal zavodlarına göndərilir. İş prosesi zamanı bəzən tullantılar arasından adi tullantı olmayan əşyalar da tapılır. Təhlükəli əşyalar aşkar edildikdə zavoda polis dəvət olunur və təhvil verilir.

Son xəbərlər

Orphus sistemi