​“Təmiz Şəhər” şirkəti məhkəməyə verib

​“Təmiz Şəhər” şirkəti məhkəməyə verib ASC xidmət müqaviləsinə əsasən pul tələbi barədə iddia irəli sürüb
Hadisə
19 Sentyabr , 2015 17:07
​“Təmiz Şəhər” şirkəti məhkəməyə verib

Bakı. 19 sentyabr. REPORT.AZ/ “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti (ASC) "Afro 12" Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) məhkəməyə verib.

“Report”un məlumatına görə, ASC xidmət müqaviləsinə əsasən pul tələbi barədə iddia irəli sürüb.

İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd dək ki, “Təmiz Şəhər” 12 mart 2009-cu il tarixində dövlət qeydiyyatına alınıb və fəaliyyətə başlayıb. ASC dövlət müəssisəsi olmaqla, öz təsərrüfat fəaliyyətini müstəqil qurub, onun ümumi idarəetmə və fəaliyyətinə nəzarət səlahiyyətləri təsisçi qismində Əmlak Məsələləri üzrə Dövlət Komitəsi və İqtisadi İnkişaf Nazirliyi, həmçinin, İqtisadi İnkişaf Nazirliyinin formalaşdırdığı Müşahidə Şurası tərəfindən həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi