​Tbilisi prospektində iki nəfəri bıçaqlayan şəxs məhkəməyə müraciət edib

​Tbilisi prospektində iki nəfəri bıçaqlayan şəxs məhkəməyə müraciət edib İşə hakim Qail Məmmədovun sədrliyi ilə baxılacaq
Hadisə
6 Avqust , 2016 15:18
​Tbilisi prospektində iki nəfəri bıçaqlayan şəxs məhkəməyə müraciət edib

Bakı. 6 avqust. REPORT.AZ/ Bakıda iki nəfəri bıçaqlamaqda təqsirləndirilən 1985-ci il təvəllüdlü Nahid Əliyevin barəsində olan hökmdən apellyasiya şikayəti verilib.

"Report"un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək hazırlıq iclası avqustun 10-na təyin edilib.

İşə hakim Qail Məmmədovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, ötən il sentyabrın 13-də saat 03:30 radələrində Tbilisi prospektində Xırdalan şəhər sakini, 1980-ci il təvəllüdlü Rasim Hüseynova və Zaur Rzayevə bıçaqla ağır bədən xəsarəti yetirilib. Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini, 1980-ci il təvəllüdlü N.Əliyev tutulub.Hadisənin münaqişə zəminində törədildiyi məlum olub.

O, Cinayət Məcəlləsinin 126.2.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma, iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə) və 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham olunb.

Bu il iyun ayınında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Əliyev 7 il müddətə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib.

Son xəbərlər

Orphus sistemi