Tovuzda iki azyaşlı uşaq ehtiyatsızlıqdan yanıb

Tovuzda iki azyaşlı uşaq ehtiyatsızlıqdan yanıb Hər iki azyaşlının vəziyyəti ağırdır
Hadisə
16 Yanvar , 2016 14:34
Tovuzda iki azyaşlı uşaq ehtiyatsızlıqdan yanıb

Bakı. 16 yanvar. REPORT.AZ/ Tovuz rayonunda iki azyaşlı uşaq ehtiyatsızlıqdan yanıb. "Report"un məlumatıan görə, rayonun Yuxarı Öysüzlü kənd sakini, iki yaşlı Nazim Abdullayev və Qovlar qəsəbə sakini bir yaşlı Amil Əsgərovun üzərinə ehtiyatsızlıqdan isti su tökülüb. Hər iki azyaşlı Tovuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. 

Xəstəxanadan "Report"a bildirilib ki, azyaşlılara ilkin tibii yardım göstərilib: "Nazim Abdullayevin bədəninin 5 faizi, Amil Əsgərovun isə bədəninin 6 faizi yanıb. Yanıq xəsarətləri alan azyaşlılar xəstəxananın Travmatologiya şöbəsinə yerləşdirilib, hər ikisinin vəziyyəti ağırdır".

Son xəbərlər

Orphus sistemi