Qazaxda tanışını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Qazaxda tanışını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır Qazax rayon prokurorluğunun məlumatı
Hadisə
28 Mart , 2024 11:37
Qazaxda tanışını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Qazax rayonu, Qazaxbəyli kəndi, Yeni qəsəbə ərazisində 1995-ci il təvəllüdlü Kənan Qəfərovu öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır.

Bu barədə "Report"a Qazax Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, istintaqla 1992-ci il təvəllüdlü Rəşad Məhərrəmov tanışı Kənan Qəfərovla aralarında yaranmış mübahisə zamanı sonuncunu bacısının gözləri qarşısında bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməkdə şübhəli bilinib.

R. Məhərrəmova Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə ittiham edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi