​Tanışını bıçaqlayan şəxsə hökm oxunub

​Tanışını bıçaqlayan şəxsə hökm oxunub O, 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib
Hadisə
14 Dekabr , 2015 16:44
​Tanışını bıçaqlayan şəxsə hökm oxunub

Bakı. 14 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Samir İlyasovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

"Report"un məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.İlyasov 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin avqust ayında Siyəzən rayonunda baş verib. Rayon sakini Seyran Babayev naməlum şəraitdə bıçaqlanıb. O, bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən rayon sakini Samir İlyasov tutulub. O, hadisəni şəxsi münasibətlər zəminində törətdiyini bildirib.

Son xəbərlər

Orphus sistemi