Tanışına qarşı 40 min manatlıq dələduzluq edən şəxsə 11 il həbs cəzası verilib

Tanışına qarşı 40 min manatlıq dələduzluq edən şəxsə 11 il həbs cəzası verilib Hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub
Hadisə
23 Dekabr , 2015 11:18
Tanışına qarşı 40 min manatlıq dələduzluq edən şəxsə 11 il həbs cəzası verilib

Bakı. 23 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rafiq Ağayevin cinayət işi üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Ağayev 11 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, R.Ağayev 2012-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə şərti cəza alıb.

Qeyd edək ki, R.Ağayev Bakı şəhər sakininin etibarından sui istifadə edərək 40 min manat pul alıb, lakin onu qaytarmayıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 ( külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi