Tanınmış şirkət bankı məhkəməyə verib

Tanınmış şirkət bankı məhkəməyə verib İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq
Hadisə
3 Sentyabr , 2016 10:16
Tanınmış şirkət bankı məhkəməyə verib

Bakı. 3 sentyabr. REPORT.AZ/ "Holcim" (Azərbaycan) ASC “Bank Standard” Kommersiya Bankını (KB) məhkəməyə verib.

"Report"un məlumatına görə, ASC bank qarantiyası üzrə real zərərin faizlərinin və nümayəndə xərclərinin tutulması barədə tələb irəli sürüb.

1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi iddianı qismən təmin edib. Qərardan narazı qalan bank apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Xatırladaq ki, "Holcim" (Azərbaycan) ASC dünyanın aparıcı sement təchizatçılarından olan "Holcim Qrup"unun bir hissəsi olaraq, ölkədə klinker və sement istehsal edən qabaqcıl müəssisələrdən sayılır. 

Son xəbərlər

Orphus sistemi