​Taleh Bağırovun məhkəməsi təxirə salınıb

​Taleh Bağırovun məhkəməsi təxirə salınıb Səbəb onun məhkəməyə gətirilməməsi olub
Hadisə
22 Yanvar , 2016 12:47
​Taleh Bağırovun məhkəməsi təxirə salınıb

Bakı. 22 yanvar. REPORT.AZ/ Bu gün Nəsimi Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbiri seçilmiş “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədri Taleh Bağırovun şikayət üzrə keçirilməli olan məhkəmə təxirə salınıb.

Bu barədə “Report”a T.Bağırovun vəkili Cavad Cavadov məlumat verib.

Vəkil bildirib ki, hakim Babək Pənahovun sədrliyi ilə keçirilməli olan prosesin təxirə salınmasına səbəb T.Bağırovun məhkəməyə gətirilməməsi olub.

Prosesin keçiriləcəyi vaxt məlum deyil.

Xatırladaq ki, vəkil C.Cavadov Taleh Bağırovla vəkilinin görüşməsinə imkan verilməməsi, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunda nəzərdə tutulmuş hüquqlarının pozulması, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) Müvəqqəti Saxlanılma Təcridxanasında 24 saatdan artıq saxlanılması ilə bağlı məhkəmə nəzarəti qaydasında Nəsimi Rayon Məhkəməsinə müraciət edilib.

Qeyd edək ki, T.Bağırov noyabrın 26-da Nardaran qəsəbəsində polisin keçirdiyi əməliyyat zamanı tutulub. Onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi