Taksi sürücüsünü öldürməkdə təqsirləndirilən şəxslərin məhkəməsində şahidlər ifadə verib

Taksi sürücüsünü öldürməkdə təqsirləndirilən şəxslərin məhkəməsində şahidlər ifadə verib Məhkəmənin baxış iclası aprelin 22-nə təyin olunub
Hadisə
15 Aprel , 2016 11:02
Taksi sürücüsünü öldürməkdə təqsirləndirilən şəxslərin məhkəməsində şahidlər ifadə verib

Bakı. 15 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü Ramin Abbaslı və Hüseyn Rüstəmovun cinayət işi üzrə məhkəməsi davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahidlər - Sahib Səmədov və təqsirləndirilən şəxs R.Abbaslının atası Etibar Abbasov ifadə verib.

E.Abbasov ifadəsində bildirib ki, oğlu hadisədən sonra ona zəng edib: "Mən həmin vaxt Rusiyada idim. Oğlumla görüşəndən sonra o, mənə qətli törətmədiyini bildirdi".

Məhkəmənin baxış iclası aprelin 22-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən ilin iyun ayında Nabrandakı istirahət mərkəzlərinin birində baş verib. 20 yaşlı Hüseyn Rüstəmov və Ramin Abbaslı Nabranda tələbə yoldaşları ilə birgə istirahətdə olarkən taksi sürücüsü olan Famil Məmmədovla mübahisə edib. Mübahisəyə səbəb taksi sürücüsünün onlardan əlavə pul tələb etməsi olub. Nəticədə həmin şəxslər F.Məmmədovu qətlə yetiriblər. Hadisədən sonra R.Abbaslı və H.Rüstəmov saxlanılıb. H.Rüstəmov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) və R.Abbaslı isə 221-ci (xuliqanlıq) maddəsi ittiham edilib.

Son xəbərlər

Orphus sistemi