​Suriyada İŞİD-in tərkibində döyüşən azərbaycanlının apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb

​Suriyada İŞİD-in tərkibində döyüşən azərbaycanlının apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb
Hadisə
25 Fevral , 2016 09:15
​Suriyada İŞİD-in tərkibində döyüşən azərbaycanlının apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb

Bakı. 25 fevral. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qanunsuz olaraq Suriya və İraqa gedərək orada terror təşkilatlarına qoşulmaqda təqsirləndirilən Adilov Elşən Sərdar oğlu barəsindəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

“Report”un məlumatına görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb. Təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, rəsmi məlumata əsasən, Elşən Adilov 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriyanın və İraqın ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İslam Dövləti” (İŞİD) terrorçu təşkilatının fəaliyyətində iştirak edib.

2015-ci ilin dekabr ayının 14-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Adilov 15 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Son xəbərlər

Orphus sistemi