​Suriyada döyüşən azərbaycanlıların işi birinci instansiya məhkəməsinə qaytarılıb

​Suriyada döyüşən azərbaycanlıların işi birinci instansiya məhkəməsinə qaytarılıb İşə yenidən Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq
Hadisə
7 May , 2016 08:29
​Suriyada döyüşən azərbaycanlıların işi birinci instansiya məhkəməsinə qaytarılıb

Bakı. 7 may. REPORT.AZ/ Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkdə təqsirləndirilən Azərbaycan vətəndaşları Sənan İlqar oğlu Baxışov, Ruslan İlham oğlu Cəfərov, Eldost Firudin oğlu Quliyev, Məmmədşah Ağaşah oğlu Məmmədəliyev, Əhməd Elxan oğlu Həsənov və Maarif İrşad oğlu Mərdanov barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keçirilib.

“Report”un xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra qərar elan olunub. Məhkəmənin qərarına əsasən, şikayət hərəkətsiz saxlanıb, iş baxışdan çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılıb. İşə yenidən Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

Qeyd edək ki, 2014-cü ildə S.Baxışov, R.Cəfərov, E.Quliyev, M.Məmmədəliyev, Ə.Həsənov və M.Mərdanov keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanıblar. Təqsirləndirilən şəxslər 2013-cü ildən 2014-cü ilin müxtəlif aylarınadək Suriya ərazisində həmin dövlətin və Azərbaycanın qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak ediblər. Faktlarla bağlı MTN İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 170.3-cü maddələri ilə cinayət işləri başlanıb. Həmin şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib. 2015-ci ilin iyulun 7-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Quliyev və M.Məmmədəliyev 13 il, S.Baxışov, Ə.Həsənov, R.Cəfərov və M.Mərdənov 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər.

Son xəbərlər

Orphus sistemi