​Suriyada döyüşən azərbaycanlılar apellyasiya şikayəti verib

​Suriyada döyüşən azərbaycanlılar apellyasiya şikayəti verib Məhkəmənin ilkin baxış iclası dekabrın 10-na təyin edilib
Hadisə
8 Dekabr , 2015 09:44
​Suriyada döyüşən azərbaycanlılar apellyasiya şikayəti verib

Bakı. 8 dekabr. REPORT.AZ/ İŞİD terror təşkilatının tərkibində vuruşmaqda təqsirləndirilən Telman Bəkirov və Mübariz Tahirov barələrindəki hökmdən apellyasiya şikayəti verilib.

“Report”un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin baxış iclası dekabrın 10-na təyin edilib.

İşə hakim İlqar Murquzovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, bu ilin aprelində Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilən anti-terror tədbirləri nəticəsində, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, habelə, Azərbaycan Respublikası vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma, eləcə də həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə və digər hüquqazidd əməllərinin törədilməsinə görə Azərbaycan Respublikasının vətəndaşları - Telman Əvəz  oğlu Bəkirov  və Mübariz Əmən oğlu Tahirov şübhəli şəxs qismində tutulub. 

Təqsirləndirilən şəxslər 2014-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən İŞİD terrorçu təşkilatının fəaliyyətində iştirak ediblər.

Oktyabr ayının 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hər iki şəxs 14 il müddətinə azadlıqdan məhrum edilib. 

Son xəbərlər

Orphus sistemi