Bakı. 10 noyabr. REPORT.AZ/ Bakının Suraxanı rayonunda bir nəfəri qətlə yetirən, digərini isə bıçaqlayan şəxs saxlanılıb. Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, əməliyyatı Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları həyata keçirib.
Belə ki, əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 8-də saat 20:00 radələrində, Əmircan qəsəbə sakinləri 1987-ci il təvəllüdlü Arif Abbasova xəsarət yetirməkdə, 1985-ci il təvəllüdlü Şahrza Mirzəyevi öldürməkdə şübhəli bilinən Əmircan qəsəbə sakini 1984-cü il təvəllüdlü Rövşən Əliyev tutulub.
Faktla bağlı cinayət işi başlanılıb.