Sumqayıtdan Bakıya qonaq gələn şəxs piyadanı vuraraq öldürüb

Sumqayıtdan Bakıya qonaq gələn şəxs piyadanı vuraraq öldürüb Hadisə Xəzər rayonunda baş verib
Hadisə
27 Oktyabr , 2016 12:16
Sumqayıtdan Bakıya qonaq gələn şəxs piyadanı vuraraq öldürüb

Bakı. 27 oktyabr. REPORT.AZ/ Bakıda əmisioğlugilə qonaq gələn şəxs geri dönərkən piyadanı vuraraq öldürüb.

"Report"un xəbərinə görə, Xəzər rayonu Qala qəsəbəsinin ərazisində, Sumqayıt şəhər sakini 1987-ci il təvəllüdlü Şıxəmir Məmmədov idarə etdiyi "VAZ 2107" markalı avtomobillə yolu keçən qəsəbə sakini 1972-ci il təvəllüdlü Camal Alıyevi vurub. Ağır xəsarət alan C.Alıyev 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. O, orada ölüb.

Ş.Məmmədov Sumqayıt şəhərindən Binə qəsəbəsinə əmisioğlugilə qonaq gəlibmiş. O, əmisioğlu ilə birgə yeyib-içib. Geri dönən zaman isə piyadanı vurub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi