Sumqayıtda mənzildə yanğın baş verib

Sumqayıtda mənzildə yanğın baş verib Mənzilin qalan hissəsi yanğından mühafizə olunub
Hadisə
26 İyun , 2016 14:07
Sumqayıtda mənzildə yanğın baş verib

Bakı. 26 iyun. REPORT.AZ/ Sumqayıt şəhərində yanğın hadisəsi baş verib. 

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, şəhərdə dörmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 32 kv.m olan mənzilin mətbəxində 1 ədəd plastik pəncərə yanıb. 

Yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 6 kv.m sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın saat 11:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi