Sumqayıtda yanğın olub, iki nəfər yanıq xəsarətləri alıb

Sumqayıtda yanğın olub, iki nəfər yanıq xəsarətləri alıb Onlar Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib
Hadisə
13 Yanvar , 2016 18:06
Sumqayıtda yanğın olub, iki nəfər yanıq xəsarətləri alıb

Bakı. 13 yanvar. REPORT.AZ/ Sumqayıt şəhərində yanğın baş verib, iki nəfər yanıq xəsarətləri alıb.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Şəhərdə ümumi sahəsi 60 kv.m olan istifadəyə yararsız tikilinin içərisində 3 kv.m sahədə məişət tullantıları yanıb. Yanğın zamanı 2 nəfər müxtəlif yanıq xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi