Sumqayıtda körpənin ölümü ilə bağlı araşdırma aparılır - YENİLƏNİB

Sumqayıtda körpənin ölümü ilə bağlı araşdırma aparılır - YENİLƏNİB Sumqayıtda uşaq meyiti aşkarlanıb.
Hadisə
31 Mart , 2024 14:48
Sumqayıtda körpənin ölümü ilə bağlı araşdırma aparılır - YENİLƏNİB

Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində, dəniz sahilində uşaq meyitinin aşkar edilməsi faktı ilə bağlı şəhər prokurorluğunda araşdırma aparılır.

Bu barədə "Report"a Baş Prokurorluqdan bildirib.

13:12

Sumqayıtda 6 aylıq körpə Zeynəb Yeşilin meyiti aşkarlanıb.

"Report"un yerli bürosu məlumat verir ki, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dənizkənarı ərazidə qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi