Bakı. 13 fevral. REPORT.AZ/ Sumqayıt şəhərində vətəndaşa məxsus köməkçi tikilinin yanar konstruksiyaları, içərisinə yığılmış taxta materiallar və ev əşyaları yanıb.
"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə nəticəsində tikiliyə bitişik digər vətəndaşa məxsus birmərtəbəli 3 otaqlı evin dam örtüyü də yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.