Sumqayıtda üç qardaş kütləvi dava zamanı xəsarət alıb

Sumqayıtda üç qardaş kütləvi dava zamanı xəsarət alıb Onlardan biri bıçaqlanıb
Hadisə
25 Oktyabr , 2016 12:27
Sumqayıtda üç qardaş kütləvi dava zamanı xəsarət alıb

Bakı. 25 oktyabr.REPORT.AZ/ Sumqayıt şəhərində kütləvi dava olub.

"Report"un məlumatına görə, dava zamanı 23 yaşlı Nəbi Qarayevə 3 bıçaq zərbəsi vurulub.

Onun qardaşları 29 yaşlı Miri Qarayev və 22 yaşlı İmran Qarayev naməlum şəxslər tərəfindən döyülüb.

Hər üç qardaş Sumqayıt Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. N.Qarayevin vəziyyəti stabil-ağırdır.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi