​Sumqayıtda tank əleyhinə və reaktiv mərmi tapılıb

​Sumqayıtda tank əleyhinə və reaktiv mərmi tapılıb Mərmilər insan həyatı üçün təhlükəli olub
Hadisə
28 Avqust , 2015 22:15
​Sumqayıtda tank əleyhinə və reaktiv mərmi tapılıb

Bakı. 28 Avqust. REPORT.AZ/ Axşam saatlarında Sumqayıt şəhərinin ərazisində döyüş sursatları aşkarlanıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, nazirliyin müvafiq qurumları lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib.

Nazirliyin mütəxəssisləri aşkarlanmış sursatlara baxış keçirərkən məlum olub ki, 1 ədəd tank əleyhinə kumulyativ mərmi, 1 ədəd qumbara atan və 1 ədəd reaktiv mərmi istifadəyə yararsız, lakin insan həyatı üçün təhlükəlidir. Ərazidə aşkar olunmuş digər mərmilər və gilizlərin tam yararsız olduğu hesab edilib. İnsan həyatı üçün təhlükəli hesab edilən mərmilər mütəxəsislər tərəfindən təhlükəsiz ərazidə zərərsizləşdirilib.

Son xəbərlər

Orphus sistemi