Sumqayıtda şirkətdən oğurluq olub

Sumqayıtda şirkətdən oğurluq olub Şirkətdən oğurluq edən şəxslər saxlanılıb
Hadisə
10 Mart , 2016 13:11
Sumqayıtda şirkətdən oğurluq olub

Bakı. 10 mart. REPORT.AZ/ Sumqayıtda şirkətdən oğurluq olub.

"Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, DİN Kriminalistik Tədqiqatlar İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 3-də “Ağbaba” MMC-nin ərazisindən avtomobil üçün ehtiyat hissələri oğurlamış şəhər sakinləri Qardaşxan Ağayev və Elvin Kərimduxt saxlanılıblar.

Son xəbərlər

Orphus sistemi