Bakı. 2 mart. REPORT.AZ/ Sumqayıt şəhərində sirkə turşusundan zəhərlənən qadın ölüb.
"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Belə ki, martın 1-də Sumqayıt şəhər sakini Nuranə Qasımova sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada ölüb.
Faktla bağlı araşdırma aparılır.