Sumqayıtda qadının qohumları tərəfindən qətlə yetirildiyi məlum olub

Sumqayıtda qadının qohumları tərəfindən qətlə yetirildiyi məlum olub Qətlin üstü “isti izlər”lə açılıb
Hadisə
19 Yanvar , 2016 11:20
Sumqayıtda qadının qohumları tərəfindən qətlə yetirildiyi məlum olub

Bakı. 19 yanvar. REPORT.AZ/ Baş Prokurorluq Sumqayıt şəhərində törədilən qətlin üstünün açılması haqda məlumat yayıb. 

Baş Prokurorluğun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yanvarın 18-də Sumqayıt şəhəri, Ə.Vahid küçəsi,39 saylı evin yaxınlığında üzərində zorakılıq əlamətləri olan naməlum qadın meyitinin aşkar edilməsi barədə daxil olan məlumat əsasında dərhal hadisə yerinə baxış keçirilməklə zəruri prosessual hərəkətlər yerinə yetirilib və faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Polis və prokurorluq orqanları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində meyitin Sumqayıt şəhər sakini, 1947-ci il təvəllüdlü Rəfiqə Ağayeva olması müəyyən edilib. Həmçinin cinayətin Sumqayıt şəhər sakinləri, 1961-ci il təvəllüdlü Şahbaz Xəlfəyevvə 1991-ci il təvəllüdlü İslam Xəlfəyev tərəfindən törədilməsində kifayət qədər əsaslar olduğundan onlar, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. 

İstintaq zamanı R.Ağayevanın yanvarın 17-də saat 23 radələrində məişət zəminində aralarında yaranan mübahisə zamanı qardaşı Şahbaz və qardaşı oğlu İslam Xəlfəyevlər tərəfindən küt alətləçoxsaylı xəsarətlər yetirilərək qəsdən öldürülməsi müəyyən edilib. 

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi