Bakı. 7 sentyabr. REPORT.AZ/ Sumqayıt şəhərində mənzildən oğurluq olub.
“Report” Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) 2-ci Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 5-də şəhər sakini Bəstiqız Ağayevaya məxsus evdən 1500 manat pul və pnevmatik tüfəng oğurlamaqda şübhəli bilinən həmyerliləri Qardaşxan Ağayev və Süleyman Əhmədov tutulublar.
Faktla bağlı araşdırma aparılır.