Sumqayıtda qadına qarşı quldurluq edən şəxsə hökm oxunub

Sumqayıtda qadına qarşı quldurluq edən şəxsə hökm oxunub Bəhruz Məmmədov 8 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
3 Mart , 2016 15:17
Sumqayıtda qadına qarşı quldurluq edən şəxsə hökm oxunub

Bakı. 3 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Bəhruz Məmmədovun cinayət işi üzrə məhkəmə başa çatıb. "Report"un məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə B.Məmmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il Sumqayıt şəhər sakini Dilarə Əhmədovanın 300 manat pulu və qızıl əşyası əlindən alınıb. Cinayəti törədən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş Bəhruz Məmmədov tutulub. O, Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi