Sumqayıtda qadın kişini bıçaqlayıb

Sumqayıtda qadın kişini bıçaqlayıb Qadın tutulub, faktla bağlı araşdırma aparılır
Hadisə
8 Fevral , 2016 12:53
Sumqayıtda qadın kişini bıçaqlayıb

Bakı. 8 fevral. REPORT.AZ/ Sumqayıt şəhərində münaqişə zəminində qadın kişini bıçaqlayıb. "Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Sumqayıt şəhərində yaşayan Daşqın Hüseynovun evində Qubadlı rayon sakini Aygün Quliyeva münaqişə zəminində ona bıçaqla xəsarət yetirib.

Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Quliyeva tutulub.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi