Sumqayıtda nənə və nəvəni maşın vurub: bir ölü

Sumqayıtda nənə və nəvəni maşın vurub: bir ölü Baş İstintaq və Təhqiqat İdarəsi faktla bağlı araşdırma aparır
Hadisə
15 Avqust , 2016 12:21
Sumqayıtda nənə və nəvəni maşın vurub: bir ölü

Bakı. 15 avqust. REPORT.AZ/ Sumqayıt şəhərində nəvə və nənəni maşın vurub, bir nəfər ölüb.

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, avqustun 13-də saat 21 radələrində Sumqayıt şəhərində Bakı şəhər sakini Elvin Bəkirov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Lerik rayon sakini Güldərən Qasımovanı və nəvəsi Ülkər Almaszadəni vurub. Nəticədə hər iki piyada xəstəxanaya yerləşdirilib və G.Qasımova orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi faktla bağlı araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi