Sumqayıtda mənzildə 78 yaşlı qadının meyiti aşkarlanıb

Sumqayıtda mənzildə 78 yaşlı qadının meyiti aşkarlanıb 1938-cı il təvəllüdlü Jarkova Lidiya Yakovlevnanın cəsədi aidiyyəti üzrə təhvil verilib
Hadisə
1 Fevral , 2016 01:14
Sumqayıtda mənzildə 78 yaşlı qadının meyiti aşkarlanıb

Bakı. 1 fevral. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Sumqayıt şəhərində mənzildə bir nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

"Report" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan xilasetmə qüvvələri mənzilin qapısını açıblar və 1938-cı il təvəllüdlü Jarkova Lidiya Yakovlevnanın cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 23:05-də başa çatıb.

Son xəbərlər

Orphus sistemi