​Sumqayıtda iki azyaşlı xilas edilib

​Sumqayıtda iki azyaşlı xilas edilib Hadisə yerinə FHN-in xilasediciləri cəlb olunub
Hadisə
15 Fevral , 2015 19:06
​Sumqayıtda iki azyaşlı xilas edilib

Bakı. 15 fevral. REPORT.AZ/ Sumqayıt şəhərində mənzildə 2 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər mənzilin giriş qapısını açaraq uşaqları xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi