Sumqayıtda həmyerlisini döyərək qətlə yetirən şəxsə hökm oxunub

Sumqayıtda həmyerlisini döyərək qətlə yetirən şəxsə hökm oxunub Elman Əhmədov 17 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
27 Sentyabr , 2016 17:35
Sumqayıtda həmyerlisini döyərək qətlə yetirən şəxsə hökm oxunub

Bakı. 27 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Elman Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Əhmədov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən prosesdə prokuror çıxışında E.Əhmədovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, Sumqayıt şəhərində şəhər sakini Gülnaz Dadaşova müəyyən edilməmiş avtomobillə vurulub və o, hadisə yerində ölüb. Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci polis bölməsinin əməkdaşları Gülnaz Dadaşovanın münaqişə zəminində həmyerlisi E.Əhmədov tərəfindən döyülərək qətlə yetirildiyini müəyyən ediblər. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində E.Əhmədov tutulub. O, Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi