Sumqayıtda eyni ailənin üç uşağı tortdan zəhərlənib - YENİLƏNİB

Sumqayıtda eyni ailənin üç uşağı tortdan zəhərlənib - YENİLƏNİB Xəstəxana açıqlama verib
Hadisə
6 Oktyabr , 2016 15:18
Sumqayıtda eyni ailənin üç uşağı tortdan zəhərlənib - YENİLƏNİB

ilk xəbər saat 10:57-də yayımlanıb

Bakı. 6 oktyabr. REPORT.AZ/ Sumqayıt şəhərində tortdan kütləvi zəhərlənmə olub.

“Report”un xəbərinə görə, 2004-cü il təvəllüdlü Xanım Əliyeva, onun bacısı 2009-cu il təvəllüdlü Gülmirə Əliyeva və qardaşı 2012-ci il təvəllüdlü Murad Əliyev tortdan zəhərlənib.

Hər üç azyaşlı Sumqayıt Şəhər Uşaq Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan “Report”a verilən məlumata görə, onlar tibb müəssisəsinə “naməlum etiologiyalı bağırsaq infeksiyası” diaqnozu ilə qəbul edilib. Azyaşlıların evdə qəbul etdiyi qidadan bağırsağına infeksiya düşdüyü məlum olub.

“Hazırda hər üç xəstənin vəziyyəti sabitdir” - xəstəxanadan bildirilib.

Son xəbərlər

Orphus sistemi